PSJ “Real”a qarşı -Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Sportfm.az xəbər verir ki, bu mərhələnin ən çox maraqla gözlənilən oyunlarından olan PSJ – “Real” qarşılaşması da bu gün keçiriləcək. Paris təmsilçisinin ulduz futbolçularından Neymarın zədə səbəbindən bu matçda iştirakı sual altındadır.
Günün digər qarşılaşması Portuqaliyada keçiriləcək. “Sportinq” İngiltərə nəhəngi “Mançester Siti”ni qəbul edəcək.
Sabah isə “Zalsburq” – “Bayern” və “İnter” – “Liverpul” qarşılaşmaları keçiriləcək.
Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
16 fevral
00.00 Sportinq (Portuqaliya) – Mançester Siti (İngiltərə)
Baş hakim: Daniele Orsato (İtaliya)
00.00 PSJ (Fransa) – Real (İspaniya)
Baş hakim: Srcan Yovanoviç
17 fevral
00.00 Zalsburq (Avstriya) – Bayern (Almaniya)
00.00 İnter (İtaliya) – Liverpul (İngiltərə)
Oxşar xəbərlər
“Mançester Siti” dünyada birincidir
“Bayern” PSJ ilə üz-üzə - Çempionlar Liqası
“Real” “Liverpul”a, “Bayern” PSJ-yə rəqib oldu - Çempionlar Liqası
“Liverpul” “İnter”ə qarşı - Çempionlar Liqası
Mbappe və minimal hesablı qələbə - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası