reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın Fransa proqramı -Konfrans Liqası


Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Marsel"in qonağı olacaq "Qarabağ" bu gün Fransaya yollanacaq. 

Sportfm.az xəbər verir ki, komandanı Marsel şəhərinə aparacaq təyyarə saat 16:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Baş məşqçi Qurban Qurbanov fevralın 16-da yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələrinə açıq məşq isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Velodrom” stadionunda olacaq.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək oyun yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.

Oxşar xəbərlər

“Qarabağ” sabah Fransaya yola düşür
"Qarabağ" Macarıstana yollanır - Çempionlar Liqası
"Qarabağ"ın səfər proqramı açıqlandı - "Marsel"lə oyun üçün
“Qarabağ”ın səfər proqramı
"Qarabağ"ın Şotlandiyaya səfər proqramı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər