reklam
“Qarabağ”  sabah Fransaya yola düşür
Sportfm.az xəbər saytı

“Qarabağ” sabah Fransaya yola düşür


Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Nant” ilə qarşılaşacaq “Qarabağ” oktyabrın 25-də Fransaya yollanacaq.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisini aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Oktyabrın 26-da saat 19:10-da (Bakı vaxtı ilə 21:10) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:30-da isə (Bakı vaxtı ilə 21:30) matçın keçiriləcəyi “Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” oyununa Bakı vaxtı ilə 23:00-da start veriləcək.

Oxşar xəbərlər

“Qarabağ” Almaniyaya yola düşür
"Qarabağ" Çexiyaya yola düşdü - Cavab oyunu üçün
"Qarabağ" Macarıstana yollanır - Çempionlar Liqası
Ağdam klubu İsveçrəyə yollanır - Proqram bəllidir
“Qarabağ”ın səfər proqramı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər