reklam
Azərbaycan üçün bir ilk -
Sportfm.az xəbər saytı

Azərbaycan üçün bir ilk -Qış Paralimpiya Oyunları


Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

Sportfm.az xəbər verir ki, qış idman növləri üzrə yığmanın üzvü Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçiriləcək nüfuzlu yarışda iştirak edəcək.

O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.

 

Oxşar xəbərlər

Qış Paralimpiya Oyunları başa çatdı - PEKİN-2022
Azərbaycan nümayəndə heyəti Çinə yola düşdü - Pekin-2022
Bu gün XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Paralimpiya komandamızın formaları təqdim olundu - FOTO
Olimpiya Oyunlarının məşəli təqdim olundu - “Pekin-2022”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər