reklam
Azərbaycan nümayəndə heyəti Çinə yola düşdü -
Sportfm.az xəbər saytı

Azərbaycan nümayəndə heyəti Çinə yola düşdü -Pekin-2022


Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb.

Sportfm.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya komandasının missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə milli komandanın baş məşqçisi Məhəmməd İsmayılov heyətdə yer alıb.

Kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq Mehman Ramazanzadə açılış mərasimində bayrağı daşıyacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda keçiriləcək. Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

Oxşar xəbərlər

Qış Paralimpiya Oyunları başa çatdı - PEKİN-2022
Rusiya və Belarus idmançılarına icazə verildi - IPC-nin bayrağı altında yarışacaqlar
Azərbaycan üçün bir ilk - Qış Paralimpiya Oyunları
Azərbaycanın paralimpiya yığması Tokioya yola düşdü - FOTO
Paralimpiya komandamızın formaları təqdim olundu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər