Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Almaniya millisi Bakıya nə vaxt gəlir?
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-ı millimizlə qarşılaşacaq Almaniya yığmasının Bakıya səfər proqramı açıqlanıb.
Sportfm.az xəbər verir ki, Bundestim martın 24-ü Bakı vaxtı ilə 17:35-də çarter reysi ilə Düsseldorfdan Bakıya gələcək. Yoahim Lövün komandası iki gün "Boulevard Hotel”də qalacaq. Almaniya millisi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək.
Martın 26-ı saat 20:00-da başlanacaq qarşılaşma bitdikdən Almaniya millisi hava limanına gedəcək və gecə saat 02:20-də Frankfurta uçacaq.
Oxşar xəbərlər
Yunanlar Bakıya gəlir
"Qarabağ"ın rəqibi Bakıda nələr edəcək? - Məlum oldu
Almaniya Bakıya hansı heyətlə gəlir?
Berti Foqts Azərbaycana gəlir
Norveç millisi Bakıya ciddi itki ilə gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası