Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Berti Foqts Azərbaycana gəlir
Yığmamızın sabiq baş məşqçisi Berti Foqts ölkəmizə gələcək. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssisin Bakıya səfəri DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan – Almaniya matçı ilə bağlı olacaq.
Belə ki, Foqts martın 26-da baş tutacaq qarşılaşmanı Tofiq Bəhramov adına Respublika stadionunda izləyəcək. O, matçı canlı yayımlayacaq RTL telekanalında ekspert kimi fikirlərini bildirəcək. Bu işdə Almaniya yığmasının və "Arsenal” klubunun keçmiş qapıçısı Yens Lemann da Foqtsa yardımçı olacaq.
Qeyd edək ki, Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.
Oxşar xəbərlər
"UEFA Millətlər Liqası dərhal ləğv olunmalıdır" - Berti Foqts
Berti Foqts millimizin hücumçusu barədə danışdı:"Qol duyumu yaxşıdır"
Foqts: "Azərbaycanlılar güləşdə və şahmatda daha yaxşıdılar"
Azərbaycan-Almaniya oyununu bu qız şərh edəcək - FOTO
Berti Foqts qovuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası