reklam
Metronun iş rejimi uzadıldı -
Sportfm.az xəbər saytı

Metronun iş rejimi uzadıldı -"Qarabağ"a görə


“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metronun iş rejimində dəyişiklik edilməsi xahişi ilə müraciət ünvanlayıb.

Sportfm.az xəbər verir ki, müraciət və bu qarşılaşmanın Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.

“Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevralın 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Oxşar xəbərlər

Metro 01:00-dək işləyəcək - "Qarabağ" - "Bayer" oyununa görə
Metropolitenin iş rejimində dəyişiklik ediləcək - “Qarabağ”a görə
Metropolitenin iş rejimində dəyişiklik edildi - "Qarabağ"a görə
Metronun iş vaxtı uzadılacaq - "Qarabağ"ın oyununa görə
Yunanlarla oyun Bakı metrosunu hərəkətə gətirdi - iş rejimi dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər