reklam
Çempionlar Liqasının finalı Rusiyadan alındı -
Sportfm.az xəbər saytı

Çempionlar Liqasının finalı Rusiyadan alındı -Fransaya verildi


UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Parisə verilib.

Sportfm.az "The New York Times" nəşrinə istinadən məlumatına görə, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.

Oyun mayın 28-də Rusiyanın energetika nəhəngi, UEFA-nın iri sponsoru "Qazprom"un vəsaiti hesabına tikilmiş eyniadlı arenada deyil, "Stad de Frans"da təşkil olunacaq.

Beləliklə, Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.

Oxşar xəbərlər

Superkubokunun yeri dəyişdirildi - QƏRAR
Çempionlar Liqasının finalı Rusiyada olmayacaq - Qərar
Çempionlar Liqasının finalı ABŞ-da keçiriləcək
İki şəhər finalı keçirmək istəyir - FOTO
2018-ci ildə Avroliqanın finalı bu şəhərdə keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər