reklam
Çempionlar Liqasının finalı ABŞ-da keçiriləcək
Sportfm.az xəbər saytı

Çempionlar Liqasının finalı ABŞ-da keçiriləcək


2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər. 

Sportfm.az xəbər verir ki, Avropa futbol qurumu bununla bağlı kommersiya tərəfdaşları ilə danışıqlara başlayıb. Okeanın o tayında prioritet məkan kimi Nyu-Cersidəki MetLife Stadium" nəzərdən keçirilir. Razılıq əldə olunsa, ən nüfuzlu klub turnirinin finalı ilk dəfə Avropa hüdudlarından kənarda təşkil ediləcək. 

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi İngiltərə "Liverpul"udur. Bu mövsüm həlledici matç Türkiyənin İstanbul, 2021-ci ildə Rusiyanın Sankt-Peterburq, 2022-ci ildə Almaniyanın Münhen şəhərlərində, 2023-cü ildə isə İngiltərənin paytaxtı Londonda təşkil olunacaq. 

Oxşar xəbərlər

Çempionlar Liqasının finalı baş tutacaq
Çempionlar Liqasının finalı Rusiyadan alındı - Fransaya verildi
"Dördlər finalı" Almaniyada keçiriləcək
Çempionlar Liqasının final oyunlarının keçiriləcəyi şəhərlər açıqlandı - FOTO
AVRO-2020-ni keçirəcək şəhərlərə UEFA-dan qadağa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər