reklam
Rusiya bütün yarışlardan qovuldu, bəyanat yaydı -
Sportfm.az xəbər saytı

Rusiya bütün yarışlardan qovuldu, bəyanat yaydı -Dərs


Rusiya Futbol İttifaqı (RFS) FIFA və UEFA-nın onlara qarşı tətbiq etdiyi sanksiyalarla bağlı bəyanat yayıb.

Sportfm.az xəbər verir ki, bütün yaş qrupları üzrə yığmaların və klublarının beynəlxalq yarışlardan kənarlaşdırılması qərarının qəbuledilməz olduğu bildirilib:

“Rusiya Futbol İttifaqı FİFA və UEFA-nın bütün Rusiya komandalarının qeyri-müəyyən müddətə beynəlxalq oyunlarda iştirakını dayandırmaq qərarı ilə qəti şəkildə razılaşmır.

Hesab edirik ki, bu qərar beynəlxalq yarışın norma və prinsiplərinə, eləcə də idmanın ruhuna ziddir. Bu, aşkar ayrı-seçkilik xarakteri daşıyır və çoxlu sayda idmançıya, məşqçilərə, klubların və milli komandaların işçilərinə, ən əsası, maraqlarını beynəlxalq idman təşkilatları ilk növbədə qorumalı olan milyonlarla rus və xarici azarkeşə zərər verir.

Bu cür hərəkətlər həmişə bərabərlik, qarşılıqlı hörmət və siyasətdən müstəqillik prinsiplərinə sadiq qalan dünya idman ictimaiyyətini parçalayır. Biz beynəlxalq idman hüququ normalarına uyğun olaraq FİFA və UEFA-nın qərarına etiraz etmək hüququnu özümüzdə saxlayırıq".

Oxşar xəbərlər

CAS-dan açıqlama - Rusiya klublarının UEFA turnirlərində iştirakı ilə bağlı
Ukrayna Futbol Assosiasiyası FIFA-ya müraciət etdi - Rusiya klublarına görə
Rusiya FİFA-dan uzaqlaşdırılacaq - Martın 31-də
Rusiya UEFA və FİFA-nı şikayət etdi - CAS-a
Adidas Rusiya Futbol İttifaqı ilə əməkdaşlığı dayandırdı - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər