reklam
Rusiya FİFA-dan uzaqlaşdırılacaq -
Sportfm.az xəbər saytı

Rusiya FİFA-dan uzaqlaşdırılacaq -Martın 31-də


Martın 31-də Qətərin Doha şəhəri FİFA-nın konqresinin illik toplantısına ev sahibliyi edəcək.

Sportfm.az xəbər verir ki, konqresin gündəliyindəki dördüncü məsələ “Üzvlüyün dayandırılması və ya xaric edilməsi” olacaq.

Bu, ilk növbədə, Zimbabve və Keniya futbol assosiasiyalarına aid ola bilər. Hökumətin federasiyaların işlərinə qarışdığına görə onlar müvəqqəti olaraq FİFA-nın daimi üzvü kimi fəaliyyət göstərmək hüququndan məhrum ediliblər.

Fevralın 28-də FİFA və UEFA Rusiya klublarının və milli komandalarının bütün beynəlxalq yarışlarda iştirakını dayandırıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Oxşar xəbərlər

FİFA-dan Rusiyaya “yaşıl işıq”
Belarus klubu ev oyunlarını Azərbaycanda keçirəcək
Premyer Liqa klublarına qadağa – Rusiya və Ukraynadan…
Rusiyanın şikayəti təmin olunmadı - Qərar
Polşa finalda - DÇ-2022

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər