reklam
Ronaldo Portuqaliyaya getdi -
Sportfm.az xəbər saytı

Ronaldo Portuqaliyaya getdi -Narazılıq


"Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldonun "Mançester Siti"yə qarşı İngiltərə Premyer Liqasının XXVIII tur oyunundan əvvəl verdiyi qərar klub rəhbərliyini və futbolçuları təəccübləndirib.

Sportfm.az xəbər verir ki, 37 yaşlı hücumçu derbidə iştirakı etməyəcəyi dəqiqləşən kimi Portuqaliyaya yollanıb.

Təcrübəli forvard ilin əvvəlindəki zədəsinin təkrarlandığını bildirib. Zədəli oyunçuların matçlara getməsi tələb olunmur, lakin Ronaldonun bu addımı ciddi narazılığa səbəb olub.

Digər futbolçular portuqaliyalı hücumçunun stadionda olmasının komandaya fayda verə biləcəyinə inanırlar.

Qeyd edək ki, qarşılaşma "Mançester Siti"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Oxşar xəbərlər

Ronaldo üçün məhkəməyə müraciət edəcəklər
Böyük derbidə 9 qol - İngiltərə Premyer Liqası
Ronaldonun övladı dünyasını dəyişdi - FOTO
"Mançester Yunayted" derbidə qalib gəldi - Premyer Liqa
Ronaldo "Mançester Yunayted"ə qayıdacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər