reklam
Bakıda kriminal avtoritetin qətlində ittiham olunan dünya çempionu öldürüldü -
Sportfm.az xəbər saytı

Bakıda kriminal avtoritetin qətlində ittiham olunan dünya çempionu öldürüldü -ŞOK


Bakıda kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov öldürülüb.

Sportfm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bugün baş verib.

Paytaxtın Nəsimi rayonu 6-ci mikrorayon ərazisində Zaur Yusifov naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

Z.Yusifovun vəkili Ceyhun Yusifov məlumatı təsdiqləyib.

Qətli törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Fotoda “Emin 444” ləqəbli Emin Səfərov

Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilirdi.

2021-ci il oktyabrın 8-də Zaur Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.

Oxşar xəbərlər

Bəraət aldıqdan sonra öldürülən idmançının hökmü ləğv edildi - QƏRAR
Dünya çempionunun qətli ilə bağlı AÇIQLAMA
Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu SAXLANILDI
“Emin 444”ün qətlinə görə dünya çempionu tutuldu - “78 bıçaq vurublar” - FOTO
Bakıda Avropa və dünya çempionuna hökm oxundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər