Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionatı problemlə başladı - zədə alan idmançının səsi zalı bürüdü
Qadın həndbolçular arasında Azərbaycan çempionatı problemlə başlayıb.
Apasport.az saytının məlumatına görə, yarış həkimlər və təcili tibbi yardım maşını olmadan start götürüb.
Bunun da nəticəsi özünü çox gözlətməyib. "Azəryol” – "Nur” oyununun ilk dəqiqələrində birincilərin heyətində çıxış edən Yana Qornak ciddi xəsarət alıb. Həkimlərin olmamağı səbəbindən Azərbaycan yığmasının üzvünə ilkin tibbi yardım göstərilməyib.
Nəticədə federasiya rəhbərliyi sonradan təcili yardıma zəng edib. Onlar gələnə qədər ayağından ciddi zədə alan həndbolçunun səsi zalı bürüyüb. Xərək olmadığından, onu komanda yoldaşları meydandan qucaqlarında çıxarıblar.
Təcili yardım işçiləri sonradan gələrək, Qornakı xəstəxanaya aparıblar.
Hal-hazırda davam edən oyunda yenə həkim yoxdu.
Oxşar xəbərlər
“Sabah” Təcili Tibbi Yardım avtomobilinə görə cəzalandı - Qərar
Təcili yardım maşınları, tibbi avadanlıqlar, xərək və dərmanlar - Bunları futbolçu aldı
Region Liqasının oyunu baş tutmadı - Tibbi yardım maşınına görə
Toqquşmadan qaçmaq istədi, ağır zədə aldı - FOTO
Futzal: Qışqıran Edu, qucaqda daşınan Mehran və yaralanan Məmmədov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası