reklam
Futzal:
Sportfm.az xəbər saytı

Futzal:Qışqıran Edu, qucaqda daşınan Mehran və yaralanan Məmmədov


Futzal üzrə Yüksək Liqada 21-ci turun oyunları arxada qalıb. Sportfm.az saytı ənənəsinə sadiq qalaraq oyunlar zamanı baş verən maraqlı məqamları sizlərin diqqətinə çatdırır. Turun ilk matçı lider “Araz”la autsayder “Xəmsə” arasında baş tutmalı idi. Ancaq olmadı. Bombardirlər yarışında önə çıxmaq istəyən Tyaqonun, qarşılaşma üçün taktiki planlar cızan Alesionun gözləntiləri suya düşdü. "Xəmsə" görüşə gəlmədi. Federasiyanın baş katibi Mahmud Sadıqovun görüşün baş tutmayacağı ilə bağlı verdiyi məlumatdan sonra Edunun qışqırmağını, yığmamızın baş məşqçisi Alesionun “başını bulamağını” görməyə dəyərdi. Turun ikinci matçı olan “Neftçi” – “Marafon” Böyükağa Hacıyevin ölümü ilə əlaqədar bir dəqiqəlik sükutla başladı. Gərgin keçən 40 dəqiqədə "Neftçi"nin iranlı futzalçısı Mehran Eybəlinin zədə aldığı epizodda rəqibin kapitanı Renat Sultanov ona meydanı tərk etməyə kömək etdi. Ayağından ciddi zədə alan futzalçının səsi zalı bürüdü. Xərək və təcili tibbi yardım olmadığından, onu komanda yoldaşları zaldan qucaqlarında çıxardı. Oyunun gedişində hər iki komandanın üzvləri hakimə topun boş olduğunu bildirərək, onun dəyişdirilməsini istədilər. Ancaq dəyişdirilən top da futzalçıları qane etmədi. Cəmi 30-40 nəfərin izlədiyi matçın gedişində 9 nömrəli oyunçunun adının yazılmamasını görən hakim Ramil Novruzov “Neftçi” İK rəhbərliyinə bununla bağlı iradını bildirdi. Ona verilən cavab isə belə oldu:”Oyunda epizodları görmürsən, bunu ancaq həmin dəqiqə gördün”. Matçın son saniyələrdə qapısında qol görən “Marafon”un ehtiyat oyunçular skamyasının üzərinə sanki “qaynar qazandan su tökdülər”.  Turun son qarşılaşması isə ikinciliyi təqib edən EKOL-la “Yasamal” arasında baş tutdu. Oyunun baş hakimi Elçin Məmmədovun start fitini səsləndirmədən öncə kofe içməsinə kənardan ”Oyun idarə edəndə ya çay içirsən, ya da söhbət edirsən, bir dəfə normal oyun idarə et də” deyə, etiraz etdilər. Matçın irəliləyən dəqiqələrində baş hakim daha bir epizodla yadda qaldı. Belə ki, “Yasamal”ın futzalçısının vurduğu top Elçin Məmmədovun üzünə dəydi, ədalət təmsilçisi həkim Esmiralda Ələkbərovadan kömək istəməli oldu.

Oxşar xəbərlər

Sprinter Nurullayev, "qoçu" iranlı və ən güclü Tyaqo - 20-ci turdan məqamlar
"Neftçi" və "Araz" qalib gəldi, "Yasamal" məğlub oldu
Futzal çempionatında hansı oyun canlı yayımlanacaq?
"Marafon"dan qələbə, "Araz" və "Neftçi"dən 3 xal
Futzal üzrə Yüksək Liqada 4-cü turun oyun proqramı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər