reklam
AZAL-ın yeni futbolçusu hər ay 500 dollar qazanacaq
Sportfm.az xəbər saytı

AZAL-ın yeni futbolçusu hər ay 500 dollar qazanacaq


Mərakeş millisinin sabiq üzvü Mehdi Taouli karyerasını AZAL-da davam etdirəcək.
 
Sportfm.az xəbər verir ki, sonuncu dəfə Türkiyənin "Sivasspor" klubunda çıxış edən 33 yaşlı yarımmüdafiəçi "təyyarəçilər"lə mövsümün sonuna qədər müqavilə imzalayacaq. Hücumameylli yarımmüdafiəçi bir müddət Superliqa və Qətər klublarından təkliflər alsa da, şərtlərdə ortaq məxrəcə gələ bilməyiblər. Yeni mövsümdən daha güclü çempionatda oynamağı hədəfləyən Taouil oyun təcrübəsini itirməməkçün qarşıdakı 2 ayda AZAL-da çıxış etməyə razılıq verib.
Taouil "Sivasspor"da oynadığı hər mövsüm üçün 400 min avro qazanıb. Şüvəlan klubunda isə hər ay üçün 500 dollar pulla kifayətlənəcək. 2013-2016-cı illərdə "Sivasspor"da keçirdiyi 63 oyunda 3 qol vurub. Mərakeşin əsas yığmasında 4 dəfə forma geyinib.

Oxşar xəbərlər

Millimizin üzvü Buzovna klubunda
Servet Çetin Superliqa klubunda
Samir Məsimov yenidən Azərbaycan klubunda
Şotlandiya kubokunu qazanan futbolçu Azərbaycan Premyer Liqasında
AZAL-dan növbəti transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər