Zelinski Polşanı Dünya Çempionatına daşıdı
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olub.
Sportfm.az xxəbər verir ki, Avropa zonası üzrə pley-off raundunun final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşib.
Portuqaliya yığması evdə Şimali Makedoniyanı 2 cavabsız qolla məğlub edib. Hər iki qolun müəllifi Brunu Fernandeş olub. İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi 32 və 65-ci dəqiqədələrdə fərqlənərək, komandasını DÇ-2022-yə çıxarıb.
Digər matçda isə Polşa millisi İsveçə eyni hesabla qalib gələrək, final mərhələsinə adlayıb. Meydan sahiblərinin heyətində qolları 50-ci dəqiqədə penaltidən Robert Levandovski və 72-ci dəqiqədə Pyotr Zelinski vurublar.
Oxşar xəbərlər
Sonuncu vəsiqənin sahibi bəlli oldu - DÇ-2022
Uels Ukraynasevərləri üzdü - DÇ-2022
MY ispanlara məğlub oldu - UEFA Çempionlar Liqasında
Onun da rekordu qırılarmış...
Türkiyə Portuqaliya ilə düşdü - DÇ-2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası