DÇ-2022-nin püşkü atıldı, ABŞ İranla eyni qrupa düşdü
Futbol üzrə 2022-ci il dünya çempionatının final mərhələsinin püşkü atılıb.
Sportfm.az xəbər verir ki, Qətərin paytaxtı Dohadakı mərasimdə qrupların tərkibi müəyyənləşib.
Mərasimdə püşkü dünya futbolunun tanınmış simalarının da yer aldığı 8 veteran oyunçu çəkib. Onların arasında İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei də olub.
Mundialın açılış oyunu Qətər və Ekvador yığmaları arasında baş tutacaq.
A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland
B qrupu: İngiltərə, İran, ABŞ, Şotlandiya / Ukrayna - Uels cütünün qalibi
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
D qrupu: Fransa, Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya - Peru cütünün qalibi, Danimarka, Tunis
E qrupu: İspaniya, Kosta-Rika - Yeni Zelandiya cütünün qalibi, Almaniya, Yaponiya
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya
Oxşar xəbərlər
İlk oyunu Ekvador qazandı - DÇ-2022
Qruplarının tərkibi dəqiqləşdi - DÇ-2022
DÇ-2022-nin təqvimi dəqiqləşib
Futbol üzrə DÇ-2018-in təqvimi açıqlandı - Hansı yığma, hansı şəhərdə?
DÇ-2018-in püşkü atıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası