"Savadsız məşqçilər ucbatından ən yaxşı illərimi itirmişəm" -Rafiq Hüseynov
"Təəssüf ki, 2000-ci illərdən 2018-ci ilədək bir-birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm".
Sportfm.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov şəxsi instaqram hesabında yazıb.
82 kq çəki dərəcəsində üçqat Avropa çempionu adını qazanan 34 yaşlı pəhləvan bildirib ki, bütün güləş həyatı boyunca yalnız medal əldə etməyi yox, həm də tarixə düşməyi arzulayıb: "Heç fikirləşməzdim ki, bu yaşlarda adım tarixdə qalacaq və tarix yazan Azərbaycan güləşçiləri sırasına düşəcəyəm. Buna görə Allaha şükür edib qələbəmi müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Hamınıza mənə azarkeşlik etdiyiniz üçün təşəkkürümü bildirirəm".
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatını 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub. Milli komanda üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb. Bu nəticə ilə milli komanda ümumi hesabda da çempion olub.
Oxşar xəbərlər
5 yunan-Roma güləşçimiz medal qazana bilər - Avropa çempionatı
143 medal qazanılıb - Rəqəmlər
9 il sonra gələn çempionluq
Nəzərşah Slovakiyada, Taleh isə Belarusda gücünü göstərdi
Azərbaycan güləşi üçün 2017-ci ilin yekunu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Güləşçilərimiz yarımfinala yüksəldi - Avropa çempionatı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
“Kəpəz” iki futbolçusu ilə peşəkar müqavilə imzaladı
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
“Sabah”ın futbolçusu millini tərk etdi















Misli Premyer Liqası