reklam
Sportfm.az xəbər saytı

"Son nəfəsimizə qədər mübarizə aparaq! İrəli, “şeytanlar”! -Çağırış


“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo sosial media hesabında komanda yoldaşlarına çağırış edib.

Sportfm.az xəbər verir ki, o, komanda yoldaşlarını Çempionlar Liqasına vəsiqə qazanmaq üçün əllərindən gələni etməyə çağırıb:

“Fərdi nailiyyətlər həmişə alqışlanır, lakin onlar kollektiv qələbələrlə əlaqəli olduqda daha da dəyərlidir. Mövsümün sonuna qədər mübarizə aparmaq üçün hələ çox şey var. Biz mümkün və əlimizdə olan məqsədlərə çatmaqdan heç vaxt vaz keçə bilmərik. Son nəfəsimizə qədər mübarizə aparaq! İrəli, “şeytanlar”!

37 yaşlı portuqaliyalı futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində 33 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

“Mançester Yunayted” Premyer Liqada 30 turdan sonra 51 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

“Mançester Yunayted”in yeni transferi - RƏSMİ
Ronaldo və Messi eyni klubda - Xəyal
Ronaldonun oğlu “Mançester Yunayted”də - Müqavilə imzaladı
Ronaldodan 800-cü qol - UĞUR
"Mançester Yunayted" Ronaldonu rənglərinə qatmaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər