reklam
Ronaldo azarkeşin telefonunu sındırdı -
Sportfm.az xəbər saytı

Ronaldo azarkeşin telefonunu sındırdı -VİDEO


"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 32-ci turunda "Everton"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra azarkeşin telefonunu sındırıb.

Sportfm.az xəbər verir ki, portuqaliyalı hücumçu paltardəyişmə otağına gedən zaman azarkeşlərdən biri telefon tutduğu əlini ona uzadıb. 37 yaşlı oyunçu fanatın əlini itələyən vaxtı telefon yerə düşüb.

Görüşdən sonra Ronaldo özünün "İnstaqram" hesabı vasitəsi ilə başa verən hadisəyə görə üzr istəyib: "Belə çətin anlarda emosiyaların öhdəsindən gəlmək həmişə çətindir. Bu gözəl oyunu sevən gənclərə hər zaman hörmət etməli, səbirli davranmalı və nümunə olmalıyıq. Çılğınlığıma görə üzr istəyirəm. Dürüstlük və idman prinsipləri əlaməti olaraq həmin azarkeşi "Old Trafford"dakı matça dəvət edirəm”.

Oxşar xəbərlər

“Ronaldo məndən və autizmli oğlum Cekobdan heç vaxt üzr istəmədi" - Şikayət
Kriştianu Ronaldoya ağır cəza - İngiltərə Futbol Assosiasiyasından
“Hörmət həmişə çox mühüm rol oynayıb" - Ronaldo
Ronaldodan 700-cü qol
Ronaldo klub rəhbərliyi qarşısında şərt qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər