reklam
Kriştianu Ronaldoya ağır cəza -
Sportfm.az xəbər saytı

Kriştianu Ronaldoya ağır cəza -İngiltərə Futbol Assosiasiyasından


İngiltərə Futbol Assosiasiyası (EFA) "Mançester Yunayted"in sabiq hücumçusu Kriştianu Ronaldonu cəzalandırıb.

Sportfm.az xəbər verir ki, buna portuqaliyalı futbolçu "Everton"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqa matçından sonra yeniyetmənin telefonunu sındırması səbəb olub.

50 000 funt sterlinq məbləğində cərimələnən 37 yaşlı futbolçu həmçinin 2 oyunluq diskvalifikasiya edilib.

Ronaldo fanatın yanından keçərkən əli ilə onun telefonunu vuraraq, yerə salıb. Nəticədə autizmli uşağın telefonu sınıb.

Qeyd edək ki, "Mançester Yunayted" ötən gün Kriştianu Ronaldo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Ulduz futbolçu İngiltərənin başqa komandasına keçərsə, cəza tətbiq olunacaq.

Oxşar xəbərlər

“Ronaldo məndən və autizmli oğlum Cekobdan heç vaxt üzr istəmədi" - Şikayət
Ronaldonoun qarşısına 2 şərt qoyuldu
Bekhem Ronaldonu komandasında görmək istəyir - 34 milyon təklif etdi
Ronaldo azarkeşin telefonunu sındırdı - VİDEO
"Mançester Yunayted" Ronaldo ilə müqavilə imzaladı - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər