reklam
“Sabah” Gürcüstanda ikinci oldu -
Sportfm.az xəbər saytı

“Sabah” Gürcüstanda ikinci oldu -Shota Cup 2022


“Sabah”ın U-11 komandası Gürcüstanın Batumi şəhərində təşkil edilən “Shota Cup 2022” turnirində iştirak edib.

Sportfm.az xəbər verir ki, U-11 qrupda keçirdiyi ilk oyunda yerli “Tbilisi 35” komandasına məğlub olub (1:2).

Digər görüşlərində qalib gələn “Sabah” qrup mərhələsini ikinci pillədə başa vurub. Qrup ikincilərinin üz-üzə gəldiyi “Golden League” matçında “Saburtalo” ilə qarşılaşan təmsilçimiz qolsuz heç-heçə başa çatan görüşün penaltilər seriyasında məğlub olaraq (2:4), yarışı ikinci pillədə başa vurub.

“Sabah”ın qapıçısı Hüseyn Zeynalov turnirin ən yaxşı qolkiperi seçilib.

“Shota Cup 2022”-nin “Brilliant League” matçının qalibi isə ölkəmizin turnirdəki digər təmsilçisi “Vətən” olub.

“Sabah”ın “Shota Cup 2022”-də keçirdiyi bütün oyunlar:

“Sabah” – “Tbilisi 35” 1:2
Qol: 
Həsən Ramazanov.

“Sabah” – “Ekzos” 7:0
Qollar: 
Həsən Ramazanov (2), Rasim Cavadov (2), Ülvi Əlizadə, Murad Məmmədzadə, Əli Hacıyev.

“Sabah” – “Rustavi” 5:0
Qollar: 
Həsən Ramazanov (2), Ülvi Əlizadə (2), Murad Məmmədzadə.

“Sabah” – “Champions Tbilisi” 5:1
Qollar:
 Murad Məmmədzadə (2), Ülvi Əlizadə, Həsən Ramazanov, Əli Hacıyev.

Golden League
“Sabah” – “Saburtalo” 0:0 (pen-2:4)

Oxşar xəbərlər

"Sabah" Gürcüstanda çempion oldu - Tbilisi Cup
"Sabah" Gürcüstanda 3-cü oldu - FOTO
“Sabah” yarımfinala yüksəldi - Tiflisdə
"Sabah" Gürcüstanda sonuncu oldu
"Sabah" yenə məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər