reklam
Yığmamızda belaruslu məşqçi
Sportfm.az xəbər saytı

Yığmamızda belaruslu məşqçi


Azərbaycan Şahmat Federasiyası (AŞF) yeniyetmə və gənclərin, eyni zamanda qadınlardan ibarət yığma komandanın hazırlıq səviyyəsini artırmaq üçün Belarus şahmatçısı, beynəlxalq usta, məşqçi Mixail Şereşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib.

Sportfm.az xəbər verir ki, hazırda Bakıda olan Şareşevski bir müddət gənc və yeniyetmə şahmatçılar, o cümlədən, qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.

Hazırlıq şahmatçıların fərdi inkişafına uyğun xüsusi proqramla keçiriləcək.
Qeyd edək ki, MDB məkanında tanınan məşqçi olan Mixail Şereşevski 1950-ci ildə Minskdə anadan olub. Karyerası ərzində Belarus çempionatının mükafatçısı olub, dəfələrlə ölkəsində milli komandaya cəlb edilib. Şereşevskinin yetirmələri arasında İlahə Qədimova, Aleksey Aleksandrov, Yelena Zayats kimi şahmatçılar var.

Onun şahmatla bağlı yazdığı “Endşpilin strategiyası”, “Endşpilin cizgiləri”, “Gənclərlə endşpilə doğru” adlı kitabları şahmat aləmində böyük populyarlıq qazanıb. Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, sabiq dünya çempionu Vladimir Kramnik, şahmat tacı uğrunda görüşdə iştirak edən Boris Gelfand kimi şahmatçılar Şereşevskinin kitablarını yüksək qiymətləndirib, gənc nəsil üçün misilsiz təhlil adlandırıb. Son illər o, Kramnikin Soçidə yerləşən “Sirius” şahmat məktəbində böyük məşqçi kimi fəaliyyət göstərir.

Oxşar xəbərlər

Tanınmış şahmatçı millimizdə
İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi
Dünya çempionu karyerasını bitirdi
FIDE dünya şahmat tacı uğrunda görüşün mükafat fondunu artıracaq
Şəhriyar Məmmədyarov dünya şahmat tacı uğrunda yarışacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər