FIDE dünya şahmat tacı uğrunda görüşün mükafat fondunu artıracaq
FIDE dünya şahmat tacı uğrunda görüşün mükafat fondunu artıracaq.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun prezidenti Arkadi Dvorkoviç bildirib.
O, mükafat fondunun məbləğini artımağın FIDE-nin vəzifələrindən biri olduğunu vurğulayıb: "Bu, qadınların dünya çempionatına və kişilərin şahmat tacı uğrunda oyununa aiddir. Turnirlərin nüfuzunu artırmaq lazımdır. Hazırda qadınların çempionatında adi bir məbləğ var".
Qeyd edək ki, dünya şahmat tacı uğrunda görüşün mükafat fondu 1 milyon avro, qadınların yarışında isə 250 min avrodur. Şahmat tacı uğrunda görüşdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen İddiaçılar Turnirinin qalibi, ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gələcək. Qarşılaşma 9 - 28 noyabrda İngiltərənin paytaxtı Londonda keçiriləcək.
Oxşar xəbərlər
2 milyon avroluq görüşün vaxtı açıqlandı
Şahmat tacı ilə bağlı yenilik - FIDE
İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi
FIDE minimal mükafat fondunu müəyyənləşdirdi
Şəhriyar Məmmədyarov dünya şahmat tacı uğrunda yarışacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası