Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi" və "Zirə" 3 xal qazandı -Premyer Liqa
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Sabah"ı qəbul edib.
"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Bəxtiyar Həsənalızadə 5-ci dəqiqədə avtoqol müəllifi olub.
Qələbə sayəsində xallarının sayını 44-ə çatdıran "Neftçi" ikinci, 32 xalı olan "Sabah" isə 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Zirə" "Səbail"i 2:1 hesabı ilə üstələyib. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0.
Oxşar xəbərlər
"Qəbələ"dən darmadağın - Premyer Liqa
"Neftçi" minimal hesabla qalib gəldi - Premyer Liqa
"Neftçi" minimal hesabla qalib gəldi - Premyer Liqa
"Qəbələ" səfərdən 3 xalla dönür - Premyer Liqa
"Neftçi" "Səbail"lə bərabərə qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










.jpg)




Misli Premyer Liqası