reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"dən darmadağın -Premyer Liqa


Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə bitib. "Qırmızı-qaralar"ın qollarını 2-ci dəqiqədə Rafael Utriq, 39-cu dəqiqədə Ruan Renato, 41-ci dəqiqədə Rövlan Muradov, 68-ci dəqiqədə isə Murad Musayev vurub.

Xallarının sayını 32-yə çatdıran "Qəbələ" ikinci pillədəki mövqeyini qoruyub. "Gənclik şəhəri" təmsilçisi isə 13 xalla 7-ci yerdədir.

Qeyd edək ki, günün ilk görüşündə "Neftçi" səfərdə "Sabah"ı 1:0 hesabı ilə yenib. Tura fevralın 28-də keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Oxşar xəbərlər

"Neftçi" və "Zirə" 3 xal qazandı - Premyer Liqa
"Neftçi" minimal hesabla qalib gəldi - Premyer Liqa
"Qəbələ" səfərdən 3 xalla dönür - Premyer Liqa
"Qəbələ" "Zirə"ni məğlub etdi
"Sabah" mövsümün ikinci yarısına qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər