reklam
Köçkün həyatı yaşayan idmançımız haqqında film çəkildi -
Sportfm.az xəbər saytı

Köçkün həyatı yaşayan idmançımız haqqında film çəkildi -VİDEO


Azərbaycan millisinin sabiq cüdoçusu və qadınlardan ibarət yığma komandanın məşqçisi Kifayət Qasımova haqqında bədii-sənədli film çəkilib.

Sportfm.az xəbər verir ki, “After&Before” adlanan ekran işində idmançının portreti tamaşaçılara təqdim olunur.

Filmin ana xəttini qəhrəmanın hələ uşaq ikən məcburi köçkün həyatı yaşamasına rəğmən, göstərdiyi əzmkarlıq və Azərbaycan cüdosunun parlaq simasına çevrilməsi təşkil edir.

Ekran işindəki ayrı-ayrı fikirlərdən də görünür ki, olduqca sakit təbiətli Kifayətin daxilindəki coşğu və güc tatamidə olarkən, özünü qeyri-ixtiyari olaraq biruzə verir. İngilis dilində subtitrlərlə müşayiət olunacaq filmin yaxın günlərdə geniş təqdimatı keçiriləcək.

Sənədli filmin yay mövsümündə “CBC Sport” telekanalı vasitəsilə geniş auditoriyaya təqdim olunması planlaşdırılır.

Müasir kinematoqrafiya standartlarına uyğun işlənilən ekran əsəri Beynəlxalq Cüdo Federasiyasına və İdman filmləri üzrə beynəlxalq müsabiqəyə göndəriləcək.

Oxşar xəbərlər

“Qarabağ” haqqında filmin çəkilişləri yekunlaşdı
Azərbaycan boksçusu ilə bağlı sənədli film - Təqdimat
Poqba ilə bağlı film çəkilir - Müqavilə imzalandı
İkiqat Paralimpiya çempionu İlham Zəkiyev haqqında sənədli film - “Qaranlığın rəngləri”
Fariz Məmmədova həsr edilən “Böyük qayıdış” filminin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər