Fariz Məmmədova həsr edilən “Böyük qayıdış” filminin təqdimatı olub
Bu gün Bakıda peşəkar boks üzrə ilk dünya çempionu olan idmançımız Fariz Məmmədova həsr olunmuş “Böyük qayıdış” filminin təqdimatı olub.
Sportfm.az xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Fariz Məmmədovun qazandığı nailiyyətləri yüksək qiymətləndirib və peşəkar rinqdə əldə etdiyi uğurların gənc nəslə nümunə olacağını diqqətə çatdırıb.
Filmin rejissoru Nicat Cəlilov ekran əsərinin bir ilə ərsəyə gəldiyini diqqətə çatdırıb. O, filmin tamaşaçılar tərəfindən maraqla qarşılanacağına əminliyini bildirərək Fariz Məmmədovla bağlı film çəkməsindən məmnunluğunu ifadə edib.
Digər çıxış edənlər boksçunun yüksək insani keyfiyyətlərindən, gənc idmançıların yetişməsində xidmətlərindən və ölkə idmanının inkişafına verdiyi töhfələrdən danışıblar.
Ekran əsəri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Oxşar xəbərlər
"Qarabağ FK-30 mövsüm səfərdə" sənədli filminin təqdimatı keçirildi
Qurbanova həsr olunan filmin təqdimatı keçirildi
Azərbaycan boksçusu ilə bağlı sənədli film - Təqdimat
Köçkün həyatı yaşayan idmançımız haqqında film çəkildi - VİDEO
“Xəzridən Xəzriyə” filminin təqdimat mərasimi keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası