Dünya çempionatı Rusiyadan alındı
Beynəlxalq Buz Xokkeyi Federasiyası (IIHF) Rusiyanı 2023-cü ildəki xokkey üzrə dünya çempionatına ev sahibliyindən məhrum edib.
Sportfm.az xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yarışın keçirilməsi üçün yeni ölkə müəyyənləşdiriləcək.
Beynəlxalq idman yarışının 2023-cü ilin mayında Sankt-Peterburqda keçirilməsi planlaşdırılmışdı. Məlumatda alternativ ev sahibi ölkənin gələn ay müəyyənləşdiriləcəyi qeyd olunub.
Qeyd edək ki, fevral ayında IIHF özünün təşkil etdiyi yarışlarda Rusiya və Belarusun milli və klub səviyyəsindəki komandalarının iştirakını qadağan edib və Rusiyanın 2023-cü ildə azyaşlılar arasında keçiriləcək dünya çempionatına ev sahibliyi hüququnu da əlindən alıb.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər.
Oxşar xəbərlər
Dünya çempionatı Rusiyadan alındı - Azərbaycanda keçiriləcək
Qran-pri yarışı Rusiyadan alındı - QƏRAR
Rusiya FİFA-dan uzaqlaşdırılacaq - Martın 31-də
Putinin ordeni geri alındı
Dünya çempionatı Rusiyanın əlindən alındı - Savaşa görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası