reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin qolkiperi Türkiyə klublarının hədəfində


Müqavilə ilə “Neftçi”yə məxsus olan, hazırda icarə əsasında “Səbail”in qapısını qoruyan Rəşad Əzizli karyerasını ölkə xaricində davam etdirə bilər.
Sportfm.az xəbər verir ki, 28 yaşlı qolkiper iki ölkə klublarının transfer siyahısındadı.
Belə ki, qolkiperə maraq göstərən klublardan biri Polşadandı. “Yagelloniya” Əzizlini yayda heyətinə qatmaq istəyir. Belostok təmsilçisi Əzizlini mövsüm sonuna qədər izləyəcək. Polşalılarla yanaşı Türkiyə 1-ci liqasında yarışan “Boluspor” Rəşadı yayda heyətinə cəlb etmək niyyətindədi. "Neftçi" ilə müqaviləsi gələn ilin yayında sona çatacaq Əzizlinin yeni mövsümə hansı komandada başlayacağı sezon bitdikdən sonra dəqiqləşəcək.

Oxşar xəbərlər

"Neftçi"nin qapıçısı İvan Brkiç gedir?
Dadaşov İngiltərə klubuna qayıdır
“Səbail”də yeni futbolçu - Transfer
Rəşad Əzizlinin yeni klubu məlum oldu - FOTO
"Milan" İngiltərədən futbolçu alır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər