"Neftçi"nin qapıçısı İvan Brkiç gedir?
"Neftçi"nin qapıçısı İvan Brkiç bu mövsümkü performansı ilə həm öz ölkəsinin, həm də fərqli ölkə klublarının diqqətini cəlb etməyi bacarıb.
Sportfm.az xəbər verir ki, xorvatiyalı qapıçını heyətində görməkdə israrlı olan klublardan biri "Hayduk"dur. Hazırda Xorvatiya çempionatında üst sıralarda qərarlaşan Split mövsüm sonunda onu heyətinə qatmaq niyyətindədir.
Rusiya Premyer Liqasında mübarizə aparan "Orenburq" da Brkiçi transfer siyahısına daxil edib. Mənbənin məlumatına görə, "Neftçi" özü də İvanı komandada saxlamaq üçün onunla danışıqları davam etdirir. 27 yaşlı qapıçının Bakı klubunda qalacağı, yoxsa fərqli kluba keçəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.
İvan 2022-ci ildə “Riqa”dan “Neftçi”yə keçmişdi.(sportal)
Oxşar xəbərlər
"Neftçi" onunla müqaviləni uzadır
"Azarkeşlər bizim 12-ci oyunçumuzdur" - İvan Brkiç
Xorvatiyalı qapıçı ilə yeni müqavilə imzalanacaq
"Neftçi"nin qolkiperi Türkiyə klublarının hədəfində
"Neftçi" yeni qapıçısını təqdim etdi - 1,5 illik müqavilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası