reklam
Çempionlar Liqasında ilk finalçı bəlli olacaq
Sportfm.az xəbər saytı

Çempionlar Liqasında ilk finalçı bəlli olacaq


Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.

Sportfm.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Vilyarreal" İspaniyada İngiltərə "Liverpul"unu qəbul edəcək. Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanıb.

"Estadio de la Keramika" stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edəcək. Görüş öncəsi qonaqların heyətində itki yoxdur. Meydan sahiblərində isə Alberto Moreno və Yeremi Pino zədə səbəbindən meydana çıxmayacaqlar.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

3 may

23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Danni Makkeli (Niderland)

Vilyarreal, "Estadio de la Keramika" stadionu

Qeyd edək ki, digər yarımfinal matçı mayın 4-də "Real Madrid" (İspaniya) və "Mançester Siti" (İngiltərə) komandaları arasında olacaq. İngiltərədəki ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

İlk finalçı müəyyənləşdi - VİDEO
“Liverpul”un oyununa hakim təyinatları - Çempionlar Liqası
"Liverpul" "Vilyarreal"ı məğlub etdi - Çempionlar Liqası
"Liverpul" "Vilyarreal"a qarşı - Çempionlar Liqası
Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atıldı - Cütlüklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər