Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” 21-ci əsrin rekorduna imza atdı -Azərbaycan Premyer Liqası
“Qarabağ” 2021/22 mövsümündə ümumilikdə 100-cü qolunu vurub. Yubiley topuna Musa Qurbanlı imza atıb. O, Premyer Liqanın XXVII turunun “Səbail”lə səfər qarşılaşmasında (3:0) komandasının ikinci qolunun müəllifi olub.
Sportfm.az xəbər verir ki, Qurban Qurbanovun komandası 100-cü qolunu 45-ci matçda vurub. Qol sayını 101-ə çatdıran Ağdam klubu Premyer Liqada 68, ölkə kubokunda 15, Konfrans Liqasında 18 dəfə fərqlənib.
“Qarabağ” həm də çempionatda bir mövsüm ərzində vurulan qol sayında XXI əsrin rekorduna imza atıb. Bunadək “Xəzər Lənkəran” 2004/05, “Qarabağ” 2013/14 və 2015/16 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.
Oxşar xəbərlər
Musa Qurbanlı rekorda imza atdı - Azərbaycan çempionatları
“Qarabağ” öz rekordunu təkrarladı - Misli Premyer Liqası
Musa Qurbanlı üçün əlamətdar oyun
"Qarabağ"ın hücumçuları üçün yubiley qolu
Rauf Əliyevdən yubiley qolu - 60-cı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası