reklam
Romario səfir olacaq -
Sportfm.az xəbər saytı

Romario səfir olacaq -Azərbaycanlı prezident onun razılığını alıb


Dünyaca məşhur braziliyalı futbolçu Romario futboldan sonra futvole idman növünün də səfiri olacaq. 

Sportfm.az xəbər verir ki, 1994-cü ildə dünyanın ən yaxşı futbolçusu seçilən braziliyalı bununla bağlı Dünya Futvole Federasiyasının prezidenti Vüsal Xəlilovla Rio de Janeyro şəhərindəki görüşdə razılıq verib. 

Beynəlxalq qurumun rəsmisi dünya çempionu olmuş Romarioya futvolenin dünyada populyarlaşması və arealının genişlənməsi üçün gördükləri işlər barədə məlumat verdikdən sonra Braziliya konqresində senator olan veteran oyunçu bu işə öz töhfəsini vermək istədiyini bildirib. 

Rio de janeyro şəhərində keçirilən həvəskar futvole yarışlarında daim çıxış edən "bəstəboy" Vüsal Xəlilovun Dünya Futvole Federasiyasına prezident təyin edildikdən sonra bu idman növündə ciddi canlanma olduğunu və səfir olmaqdan böyük məmnunluq duyacağını söyləyib. 

Qeyd edək ki, bir müddət öncə Dünya Futvole Federasiyasının prezidenti Braziliyaya işgüzar səfər edərək Romario ilə yanaşı daha bir dünya çempionu olan Bebetoyla da  görüşmüşdü. 

Oxşar xəbərlər

Rusiyalı assosiasiya prezidenti Bakıya gəldi - FOTOLAR
Futvole Federasiyasının prezidenti gələcək planlardan danışdı - VİDEO
Sabiq braziliyalı ulduz futbolçu Romario Azərbaycan nümayəndə heyətini qəbul edib FOTO
Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi
Romario və Ronaldinyo Azərbaycana gələcək? - Dəvət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər