reklam
Azərbaycanlı futbolçu Türkiyə klubu ilə müqaviləni pozdu
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçu Türkiyə klubu ilə müqaviləni pozdu


Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin "Keçiörengücü" klubu ilə yollarını rəsmən ayırıb.

Sportfm.az xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

Oyunçu müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini söyləyib. İsgəndərli Ankara təmsilçisinin ona borcunun qalmadığını və məvacibinin hamısının ödənildiyini vurğulayıb.

Yarımmüdafiəçi Türkiyə və Azərbaycan klublarından təklif aldığını və yaxın günlərdə karyerası ilə bağlı qərar verəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Vüsal İsgəndərli 2021-ci ilin yayında "Keçiörengücü" ilə 3 illik sözləşmə imzalamışdı.

Oxşar xəbərlər

Vüsal İsgəndərli oynadı, komandası qələbə qazandı
Vüsal İsgəndərli oynadı, komandası uduzdu - Türkiyə 1-ci liqası
Azərbaycanlı futbolçu Türkiyə klubunda - 3 illik müqavilə
Azərbaycanlı futbolçu Türkiyə klubunda - 3 illik müqavilə
"Sabah" legioneri ilə müqaviləni pozdu - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər