Premyer Liqada iştirak edəcək klublara lisenziyalar təqdim edildi
Bu gün AFFA-nın inzibati binasında 2022-2023-cü il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.
Sportfm.az xəbər verir ki, təltifetmə mərasimində iştirakçılara mövsümün yekunları, statistik göstəricilər və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib. Növbəti mövsüm öncəsi AFFA İcraiyyə Komitəsi tərəfindən yeni qaydalar təsdiq ediləndən sonra edilmiş dəyişikliklərlə bağlı klublarla ətraflı treninqlər keçiriləcək.
Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublar müvafiq lisenziyalarla təltif olunub.
Oxşar xəbərlər
Klublara lisenziyaları təqdim olundu - FOTO
Klublara lisenziyalar təqdim olundu - FOTO
“Araz-Naxçıvan” və “Zaqatala” Premyer Liqada iştirak üçün lisenziya aldı
Premyer Liqa klublarına lisenziyalar təqdim olundu - FOTO
Azərbaycan Premyer Liqasının debütantına lisenziyası təqdim olundu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası