Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan Premyer Liqasının debütantına lisenziyası təqdim olundu - FOTO
Bu gün AFFA-nın inzibati binasında 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Topaz Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.
Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Lisenziyalaşdırma Qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümünün yekunları ilə bağlı statistik göstəricilər və növbəti mövsümün lisenziyalaşdırma prosesini əhatə edəcək yeniliklərlə bağlı məlumat verilib.
Tədbirin sonunda növbəti mövsümdə Topaz Premyer Liqasında iştirak edəcək ötənilki 7 komanda və bu mövsüm elitaya yüksələn "Səbail" müvafiq lisenziyalarla, həmçinin adları aşağıda qeyd olunmuş klub nümayəndələri xüsusi sertifikatlarla təltif olunub:
- Zöhrab Hacıyev (Neftçi PFK) – ötən mövsümün ən yaxşı lisenziyalaşdırma üzrə meneceri
- Mənsurə Məmmədova (Kəpəz PFK) - ötən mövsümün ən yaxşı maliyyə meneceri
Oxşar xəbərlər
Klublara lisenziyaları təqdim olundu - FOTO
AFFA-da iclas keçirildi - FOTO
Klublara lisenziyalar təqdim olundu - FOTO
Premyer Liqada iştirak edəcək klublara lisenziyalar təqdim edildi
Premyer Liqa klublarına lisenziyalar təqdim olundu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası