“Azəri” “Bahar turniri”nin qalibi oldu
AFFA-nın və Bakcell şirkətinin dəstəyi, Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Bahar turniri” başa çatıb.
Sportfm.az xəbər verir ki, “Azəri” komandası turnirin qalibi olub. “Ümid” və “Zirvə” komandaları ilk üçlükdə yer alıblar.
“Ümid” komandasından Aslan Mehdiyev ən yaxşı oyunçu, Əliəkbər Əlizadə isə turnirin ən yaxşı qapıçısı seçilib. Turnirin ən məhsuldar futzalçısı 11 qol vuran “Azəri” komandasının üzvü Rabil Şahbazov olub.
Sonda komandalara medallar, diplomlar və kubok təqdim olunub. Mükafatları Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti Elşad İbrahimli, federasiyanın üzvləri Nəbi Nəbiyev və Akif Hacıyev təqdim ediblər.
Oxşar xəbərlər
Yaz turnirinə start verildi - FOTO
“Payız turniri" başladı - FOTO
"Yaz turniri"nə yekun vuruldu - FOTO
"Yaz turniri"nə start verildi - FOTO
Futzal turnirində 18 qol vuraraq bombardir oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası