"Qarabağ"ın yay hazırlıq planı bəlli oldu
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində çıxış edəcək "Qarabağ"ın təlim-məşq toplanışının proqramı açıqlanıb.
Sportfm.az xəbər verir ki, komanda iyunun 9-da Bakıda bir araya gələcək.
Ölkə çempionu iyunun 20-də hazırlıq prosesinin növbəti mərhələsi üçün Avstriyaya yollanacaq. Ağdam təmsilçisinin Bakıya qayıdışı UEFA Çempionlar Liqasındakı püşkatmanın nəticəsinə əsasən müəyyənləşəcək. "Qarabağ" ilk oyunu evdə keçirəcəyi halda, hazırlıq prosesini daha erkən başa vuraraq, Bakıya qayıdacaq, əks halda, Avstriyada qalaraq, birbaşa səfər matçına yollanacaq.
"Qarabağ" sözügedən ölkədə 3 yoxlama oyunu keçirəcək. Rəqiblər isə hələlik dəqiqləşməyib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq. Raundun ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları isə 12-13 iyulda gerçəkləşəcək.
Oxşar xəbərlər
“Sabah”ın yay hazırlıq planı
"Zirə" hazırlıq planını açıqladı - İki yoxlama oyunu keçirəcək
"Neftçi"nin hazırlıq planı bilindi
"Qarabağ"ın rəqibləri bəlli oldu
“Qarabağ”ın Çempionlar Liqasına hazırlıq planı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Şahdağ Qusar” – “Səbail” matçının hakimləri açıqlandı - I Liqa
-
“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışda
-
Marşrutların hərəkət sxemi dəyişdirilir - “Sabah”a görə
-
"Sabah" "Borussiya"ya qarşı - Çempionlar Liqası
-
“Ganja Open 2026” festivalına yekun vuruldu
-
"Şəki" "Zəngəzur"u, "Qaradağ Lökbatan" "Dinamo"nu qəbul edəcək















Misli Premyer Liqası