Azərbaycan cüdoçusu finalda -Avropa çempionatı
Azərbaycanın daha 6 yeniyetmə cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.
Sportfm.az əbər verir ki, ikinci yarış günündə kişilərdən 66 kq-da Nicat Nağıyev və Əbil Yusubov, 73 kq-da Əli Hacızadə və Süleyman Əliyev, qadınlardan isə 52 kq-da Vüsalə Hacıyeva və 57 kq-da Fidan Əlizadə tatamiyə çıxıb.
Onlardan yalnız Əlizadə finaladək irəliləyə bilib. Yarımfinalda avstriyalı Anna Quliteyə qalib gələn cüdoçu həlledici qarşılaşmada macarıstanlı İnes Boqnarla üz-üzə gələcək.
Nağıyev, Yusubov və Hacızadə isə bürünc medal görüşünə çıxacaqlar. Onlar müvafiq olaraq, fransalı Aleksis Renar, Federiko Bosis və Yaniv Aqranovu sınağa çəkəcəklər.
Süleyman Əliyev və Vüsalə Hacıyeva isə yarışı medalsız başa vurublar.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə 4 medal qazanıblar.
Oxşar xəbərlər
3 Avropa kuboku, 11 medal - Avropa Kuboku
Cüdoçularımızdan böyük uğur - 3 qızıl, 1 gümüş, 3 bürünc
Avropada ən güclüyük - Cüdo üzrə
Cüdoçularımızdan 9 medal - Avropa kuboku
Cüdoçular Avropa kubokunda 3-cü oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin






.jpg)








Misli Premyer Liqası