Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Cəbrayıl” turnirlə vidalaşdı -Region Kuboku
Azərbaycanı UEFA Region Kubokunda təmsil edən “Cəbrayıl” ilkin seçmə mərhələnin II qrupunda növbəti oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Cavid Hüseynovun baş məşqçi olduğu komanda Belarus "Kolos"u ilə üz-üzə gəlib.
Şamaxı şəhər stadionundakı qarşılaşma "Cəbrayıl"ın 2:6 hesablı məğlubiyyəti ilə bitib. Meydan sahiblərinin qollarını 10-cu dəqiqədə Məhəmməd Xəlilov, 30-cu dəqiqədə Rəşad Həmidov vurub. Qonaqlarda isə 5-ci dəqiqə Mikalai Hurnoviç, 31-ci, 61-ci və 77-ci dəqiqələrdə Slarhei Lizunou, 72-ci dəqiqədə Dzianis Simançuk, 86-cı dəqiqədə isə Mixail Karatkeçiv fərqlənib.
Beləliklə, ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi turnirlə vidalaşıb.
Oxşar xəbərlər
İlkin seçmə mərhələnin qalibi “Kolos” oldu - Region luboku
"Cəbrayıl"ın növbəti sınağı - UEFA Region Kuboku
"Cəbrayıl" mübarizəyə başlayır - UEFA Region Kuboku
“Cəbrayıl” Belarus komandasına qarşı - Region Kuboku
"Cəbrayıl" Region Liqasının qalibidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası