reklam
Sportfm.az xəbər saytı

"Makkabi" "Zirə" ilə oyuna itkilərlə çıxacaq -Konfrans Liqası


Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq “Makkabi” oyuna ciddi itkilərlə çıxacaq.

Sportfm.az xəbər verir ki, Təl-Əviv təmsilçisinin iki əsas futbolçusu - yarımmüdafiəçi Nir Biton və hücumçu Eran Zahavi Bakıya gətirilməyəcək.

Bu yay heyətə cəlb edilən hər iki futbolçu zədədən sonra bərpa prosesi keçir. Zahavi toplanışın ilk günlərindən komanda ilə birgə olsa da, hazırda kollektivdən ayrı məşq edir. Ayaq biləyində zədəsi lan Biton da xüsusu tapşırıqla çalışır.

İsrailli oyunçuların Təl-Əvivdəki cavab matçına qədər hazır olacaqları bildirilib.

Qeyd edək ki, “Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də “Dalğa Arena”da olacaq. Komandalar iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda cavab matçına çıxacaq.

Oxşar xəbərlər

“Zirə”dən azarkeşlərə dəstək - Konfrans Liqası
"Zirə" iştirak ərizəsini açıqladı
Rəşad Sadıqov İsrailə yolllandı
İsraillilər "Zirə" ilə oyunda tribunaları dolduracaq
“Zirə”nin “Makkabi” ilə oyunlarının vaxtı açıqlandı - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər