İsraillilər "Zirə" ilə oyunda tribunaları dolduracaq
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə “Makkabi” (Təl-Əviv) arasında İsraildə keçiriləcək cavab oyununda anşlaq olacaq.
Sportfm.az xəbər verir ki, İsrail mətbuatı “Makkabi”nin yeni mövsümdəki ilk ev oyunlarına böyük maraq olduğunu yazıb.
Belə ki, 2022/23 mövsümü üçün azarkeş abunəliyi yenilənib. 18 min azarkeş klubun elanından dərhal sonra mövsümlük abunəliyini yeniləyib.
“Makkabi” rəhbərliyi “Zirə” ilə oyun üçün satışa çıxarılacaq biletlərin qısa müddətdə alınmasını gözləyir. “Zirə” ilə matçda 29 min 400 nəfərlik tutuma malik “Blumfild” stadionunun dolu olacağı proqnozlaşdırılır.
“Zirə” ilə “Makkabi” arasında ilk oyun iyulun 21-də “Dalğa Arena”da, cavab matçı isə bir həftə sonra İsraildə keçiriləcək.
Oxşar xəbərlər
“Zirə” səfərdə qol buraxmadı - Avrokuboklar
“Zirə”dən azarkeşlərə dəstək - Konfrans Liqası
Rəşad Sadıqov İsrailə yolllandı
"Makkabi" "Zirə" ilə oyuna itkilərlə çıxacaq - Konfrans Liqası
“Zirə”nin “Makkabi” ilə oyunlarının vaxtı açıqlandı - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi
-
Bədəlbəyliyə töhmət verildi - Qərar
-
Azərbaycanın millisi Yaponiyaya qalib gəldi
-
İlk oyunların hakimləri açıqlandı - Azərbaycan Kuboku















Misli Premyer Liqası