Cüdoçumuz finala yüksəldi -Qran Pri
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə finala yüksəlib.
Sportfm.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Ramazan Kocakov (Bəhreyn), Çarli Yanq (Böyük Britaniya) və Yanislav Gerçevə (Bolqarıstan) qalib gəlib.
Nəcəfov qızıl medal uğrunda Matteo Pirasla (İtaliya) görüşəcək.
Eyni çəkidəki Orxan Səfərov ilk görüşündə Jaehonq Ana (Cənubi Koreya) uduzub.
66 kq-dakı Kəramət Hüseynov 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Hakberdi Jumayevə (Türkmənistan) yenilib.
Qadınların yarışında 48 kq-da Leyla Əliyeva eyni raundda Narantsetseg Canbaatara (Monqolustan), 52 kq-da Gültac Məmmədəliyeva Maria Tabaya (Braziliya) məğlub olub.
Qeyd edək ki, Azərbaycan Qran-pridə 14 cüdoçu ilə təmsil olunur.
Oxşar xəbərlər
Bir cüdoçumuz finala yüksəldi, ikisi bürünc üçün güləşəcək - Beynəlxalq turnir
Cüdoçumuz zaqrebdə gümüş qazandı
6 cüdoçumuz "döyüşə atılır"
Yaşar Zaqrebdə zəfər yaşatdı
Cüdoçumuzdan qızıl medal - Qran Pri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası