reklam
6 cüdoçumuz
Sportfm.az xəbər saytı

6 cüdoçumuz "döyüşə atılır"


Azərbaycanın daha 6 cüdoçusu bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə mübarizəyə başlayacaq. 

Sportfm.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən son Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsində İqor Vandtke (Almaniya) - Abdul Malik Umayev (Belçika) cütünün qalibi ilə üz-üzə gələcək. 

Eyni çəkidəki Rüstəm Orucov bu raundda Filip Yovanoviçin (Serbiya) müqavimətini qırmağa çalışacaq. 

81 kq-dakı Zelim Tçkayev 1/16 finalda Benedek Tot (Macarıstan) - Takeşi Sasaki (Yaponiya) cütünün qalibi ilə, eyni çəkidəki Səid Mollayi Mamedali Açıldıyev (Türkmənistan) - Loik Pyetri (Fransa) duelinin güclüsü ilə görüşəcək. 

Qadınların yarışında 63 kq-dakı Aytac Qardaşxanlı 1/8 finalda Coan Van Lesxautla (Niderland), 70 kq-dakı Südabə Ağayeva Miriam Butkereit (Almaniya) ilə qarşılaşacaq. 

Qeyd edək ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan Qran Pridə 14 cüdoçu ilə təmsil olunur. 

 

Oxşar xəbərlər

İki cüdoçumuz yarımfinala yüksəldi - Böyük Dəbilqə
Cüdoçumuz zaqrebdə gümüş qazandı
Cüdoçumuz finala yüksəldi - Qran Pri
6 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
6 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər