reklam
28 yaşında pulu seçdi
Sportfm.az xəbər saytı

28 yaşında pulu seçdi


Futbol üzrə İtaliya millisinin yarımmüdafiəçisi Federiko Bernardeski özünə yeni klub tapıb.

Sportfm.az xəbər verir ki, 28 yaşlı vinger MLS təmsilçisi “Toronto”ya keçib.

Bu barədə Kanada klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar. İtaliyalı yarımmüdafiəçinin yeni komandasında işçi vizası əldə etdikdən sonra oynaya biləcəyi qeyd olunub.

Bernardeski 2017-ci ildən “Yuventus”da çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi beş mövsüm ərzində 183 matça çıxıb, 12 qol vurub. Yarımmüdafiəçi “Fiorentina” və “Krotone”də də oynayıb. İtaliya yığmasında 39 oyun keçirmiş futbolçu, 6 qolla yadda qalıb.

Oxşar xəbərlər

“Ankaragücü” “Napoli”nin futbolçusunu aldı
Ozan Kabak yeni klubda - Reallaşdı
Zinedin türkiyə klubunda - FOTO
“Liverpul”dan “Eyüpspor”a... Transfer
İtaliya millisində ciddi itki

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər