Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Sürix” yenə xal itirdi
Futbol üzrə İsveçrə çempionatında 2-ci turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Sürix” də bu gün milli çempionatda növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Lutsern”lə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar – 0:0.
İlk turda səfərdə “Yanq Boyz”a 0:4 hesabıyla uduzmuş “Sürix”, 2 turdan sonra 1 xalla 7-ci pillədə qərarlaşıb.
“Qarabağ” “Sürix”ə Bakıda keçirilmiş ilk oyunda 3:2 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü iyulun 28-də İsveçrədə baş tutacaq.
Oxşar xəbərlər
“Qarabağ”ın rəqibi səfərdən xalsız döndü - Belçika çempionatı
"Sürix" ilk turda darmadağın oldu
"Qarabağ"ın rəqibi heç-heçə etdi - İsveçrə çempionatı
"Qarabağ"ın rəqibi doğma meydanda məğlub oldu - 0:1
"Qarabağ"ın rəqibi ev oyununda qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası