reklam
“Trabzonspor” Super Kuboku qazandı -
Sportfm.az xəbər saytı

“Trabzonspor” Super Kuboku qazandı -Uğur


Futbol üzrə Türkiyə Super Kubokunun qalibi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, həlledici oyunda Super Liqanın sonuncu qalibi “Trabzonspor”la Türkiyə kubokunu qazanmış “Sivasspor” üz-üzə gəlib.

İstanbuldakı Atatürk Olimpiya Stadionunda təşkil olunmuş matç Trabzon təmsilçisinin 4:0 hesablı qələbəsiylə yekunlaşıb. Qolları dubla imza atan Andreas Kornelius (37 və 51), Yens Larsen (64) və Anastasios Bakasetas (75) vurublar.

Beləliklə, “Trabzonspor” tarixində üçüncü dəfə Super Kubokun qalibi olub. Sözügedən komanda 2010 və 2021-ci illərdə də oxşar uğura imza atmışdı.

Oxşar xəbərlər

“Trabzonspor”dan ilk oyunda qələbə - Super Liqa
“Bavariya” 10-cu dəfə bu kuboku başı üzərinə qaldırdı - FOTO
Super Kubokun vaxtı müəyyənləşdi
“Trabzonspor” Superkubokun qalibi oldu - 9-cu dəfə
Aleksandr Sörlot "Trabzonspor"un tarixinə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər